Xəbərlər

“İstəyirəm toyumu həmin müğənnilər aparsın”

gunay

Müğənni Günay İbrahimli şəxsi həyatından bəhs edib.

Millinews.az xəbər verir ki, “10-da görüşək” proqramına qonaq olan ifaçı ailə qurması, toy arzusu ilə bağlı sualları cavablandırıb.

“Bunu bilirəm ki, məndə hər şey anidən baş verəcək. Özüm tez-tez toylarda oluram deyə, çox qonaq olan məclisləri sevmirəm. Toyda insan çox olanda məclis maraqlı olmur. Toyda insanın ən yaxınları, onu həqiqətən sevən dostları olmalıdır. İnsan nə istəyirsə, o da olur. Özəlimi qapalı saxlamağı daha çox sevirəm” deyə, Günay bildirib.

İbrahimli toyunu Əməkdar artist Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov və Ayaz Qasımova həvalə edə biləcəyini söyləyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu