Xəbərlər

Aysel Teymurzadə münsif kürsüsündə əyləşdi

369686545 18317667304108556 8051570570542715664 n

Xəbər verdiyimiz kimi, “Avroviziya 2024” seçim turunun növbəti mərhələsi uğurla başa çatıb. Həmçinin ölkəmizi gələn il sözügedən beynəlxalq musiqi müsabiqəsində təmsil etmək istəyən namizədlərin adları açıqlanıb.

Millinews.az xəbər verir ki, aparıcı Ranar Musayev milli seçiminin builki münsiflər heyətində Eldar Qasımov, Nigar Camal və Aysel Teymurzadənin də yer aldığını bildirib. Münsiflər heyətinin fotosunu paylaşan Ranar Musayev “Eurovision 2024 Milli seçiminin münsiflər heyetinin bir qismi” sözlərini yazıb.

Qeyd edək ki, Aysel 2009-cu ildə iran əsilli müğənni Araş ilə birlikdə ölkəmizi Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 207 xalla 3-cü yerdə qərarlaşıblar.

2011-ci ildə isə Azərbaycan müsabiqənin qalibi olub. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə avropanın bütün dövlətlərini arxada qoyaraq yarışmanı “Odlar Yurdu”na gətiriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu