SON DƏQİQƏ: Hərbi xidmətə çağırış yaşı niyə endirilir? – Yekun rəqəm açıqlandı
Yaş həddi çoxdan aşağı salınmalı idi. Əvvəl müharibə vəziyyətində olduğumuz üçün belə qərarlar verə bilmirdik.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi haqda danışarkən deyib.
Hərbi ekspert bildirib ki, bəzi məsələlərdə gecikirik:
“Artıq hərbi qanunvericilik təkmilləşdirilməlidir. 18 yaşlı gəncin fiziki imkanları ilə 35 yaşındakı insanın imkanları eyni deyil. İnsanın müəyyən fiziki göstəriciləri var, onlar eyni gücə sahib deyil. Bu insan üçün diskomfort vəziyyətdir. Ona görə də bizə peşəkar əsaslarla hərbi xidmətə çağırış həyata keçirmək lazımdır”.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.
Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi təklif olunub.
Hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.
Dəyişikliklə son yaş həddi 31,5 olacaq.