“El klasiko”dan sonra “Barsa”lıların davranışı Gündoğanı ŞOKA SALDI
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan La Liqanın 11-ci turunda evdə “Real”a məğlub olduqları oyundan (1:2) sonra komanda yoldaşlarından fərqli reaksiya gözlədiyini etiraf edib.
Millinews.az xəbər verir ki, alman yarımmüdafiəçi komanda yoldaşlarının paltardəyişmə otağına qayıdanda özü kimi qəzəbli olacağını gözləyirmiş, lakin İlkay səssiz reaksiya görəndə şoka düşüb.
“Düzünü desəm, səhv bir ifadə işlətmək istəmirəm. Təbii ki, insanlar məyus olurlar, amma xüsusən belə böyük oyundan və belə nəticədən sonra daha çox məyusluq, daha çox qəzəb görmək istərdim. Bu kiçik bir problemdir.
Xüsusən də uduzanda və müəyyən situasiyalarda daha yaxşı çıxış edə biləcəyini bildikdə, daha çox emosiya olmalıdır və bu emosiya meydanda özünün göstərməlidir”, – Gündoğan oyundan sonra La Liga TV-yə verdiyi müsahibədə deyib.