Son üç ildə mina qurbanı olan azərbaycanlıların sayı AÇIQLANDI
2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb.
Millinews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
O qeyd edib ki, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb. Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var.
H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.
Xatırladaq ki, mina partlayışı ilə əlaqədar sonuncu hadisə oktyabrın 26-da Tərtərdə baş verib. Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.