MaqazinÖlkə

“Boşanma qərarından sonra həyata baxışım dəyişdi, karyerama yönəlmədim, əksinə…”

Aktrisa Sevinc Əliyeva rejissor Fuad Əlişovla boşandıqdan sonra həyatında yaranan dəyişikliklərdən söz açıb.

OLAY yazır ki, bu barədə sənətçi ARB TV-də yayımlanan jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində danışıb.

O bildirib ki, ayrıldıqdan sonra həyata baxışı dəyişib:

“Boşanma qərarından sonra həyata baxışım dəyişdi. Karyerama yönəlmədim, əksinə sferadan getmişdim və demişdim ki, qayıtmayacağam. Tamam başqa bir işdə, şirkətdə adminstrator kimi çalışdım, 9-da işə gedib 6-da çıxırdım. Beş-altı ay sonra dedim ki, yox, alınmır. Həm maddi baxımdan qane etmirdi, həm də… Mənə desinlər ki, dağı dağın üstünə qoy, ya da filan işi get danış, edərəm. Amma ofisdə otur, kompüterdə yaz, kağızı apar. Gördüm ki, bu, mən deyiləm, hər gün eyni rutin, sıxılıram. Adi nəsə almağa kimisə göndərəndə deyirdim ki, mən gedim, çıxım hava alım, aktiv hərəkət edim. Onda uşaqlar baxçaya gedirdilər, işdən çıxırdım, onları götürüb evə gedirdim. Bilmirəm ki, necə çatdırırdım? Ordan çıxandan sonra “Səs Azərbaycan” layihəsində çalışdım. Evə gəlirdim, yuxulu-yuxulu yemək bişirirdim ki, hazır olsun. Uşaqları aparım, bunun qışı var, soyuğu var. Onda maşın yox idi, taksi çağır, yolu başa sal. Nihat balaca idi, qucağımdaydı. İndi arxaya dönüb baxıram ki, bunu necə etmişəm? Elə bilirəm ki, indi edə bilmərəm. Yəqin ki, insan hər şeyə qadirdir. Bəlkə də yanaşmamız başqa cürdür. 

photo by sevinc aliyeva on july 22 2024 shekilin achiqlamasiOnda Sevinc Əliyeva deyildim. “Səs Azərbaycan”da  çalışırdım, mənə işləmək və maaş lazım idi ki, üç uşağı böyüdüm. İndi başa düşürsən ki, öz ayaqlarımın üstündə dura bilirəm, mən işləri seçirəm. Sosial şəbəkələrdə pis şərh görməmişəm. Nəzərə alsaq ki, sosial media məni iki dəfə ərə verib, iki dəfə toyumu ediblər, xəbərim yoxdur. Yenə də şərhləri oxuyanda görürdüm ki, nə olsun cavandır, gedib xoşbəxt olsun, yazıblar. 

jpg 2024 11 04t142152 541Yəni insanların reaksiyası yaxşı idi. Amma ərə getməmişdim. Birinci ərə getmə xəbəri filmlə bağlı yayılmışdı, ikinci dəfə sosial mediadakı pərəstişkarıma görə oldu. Hər şəklimin altına bir rəy yazır. Ümumiyyətlə o insanı tanımıram, profili də bağlıdır. Necəsə o insanla mənim şəklimi birləşdirib yazdılar ki, ailə qurub. Şok vəziyyətinə düşdüm ki, ümumiyyətlə bu insanı tanımıram. Filmi anladım, fotoya görə belə düşünülmüş ola bilər. Burada isə ümumiyyətlə tanımıram. Jurnalistlərə zəng edirəm, səhifə də tanınmış deyil. Dostumuz Elvin Elxana zəng etdim, dedim, bu nədir? O da zəng etdi, tapdıq. Şərh yazan insan fiziki qüsurlu idi, ailəsi isə çox alicənabdır. Akademik nəslindəndir, tək uşaqdır. Sadəcə pərəstişkarlıq edirdi, xoş rəylər yazırdı. Onlarla da danışdıq, aydınlaşdırdıq ki, bizlik deyil. Sonradan tapdıq, jurnalistin özü ilə danışdıq, sildirdik. Bu məsələdə həmin insan üçün narahat oldum. Fiziki qüsurlu idi deyə psixoloji gərgin olmuşdu”.

sevinj aliyevaa 1716796393 3377055373708210659 3667034313 1

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu