Bu ölkə də Qəzzada atəşkəsə qarşı çıxdı
ABŞ, Avstraliya və Kanada kimi ölkələr “humanitar fasilə” çağırışı etsələr də, atəşkəsi ictimaiyyət qarşısında müdafiə etməkdən imtina ediblər.
Millinews.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Bill Bler jurnalistlərə açıqlamasında bildirib.
“Bir terror təşkilatının beynəlxalq hüquqa və ya atəşkəs çağırışına hörmətlə yanaşacağına heç bir ümidim yoxdur. Açığını deyim ki, HƏMAS təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə olaraq aradan qaldırılmalıdır”,- deyə o qeyd edib.
ABŞ Dövlət Departamenti də Qəzzada atəşkəs çağırışlarını rədd etdiyini bir daha bəyan edib.
O, atəşkəsin HƏMAS-a yenidən qruplaşmaq və İsrailə qarşı yeni hücumlara hazırlaşmaq imkanı verəcəyi iddiasını müdafiə edib.
Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib ki, istənilən atəşkəs HƏMAS-a dincəlmək, yenidənqurma və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək.
Nəzrin