Xəbərlər
61 və 93 il sonra yaşanan antirekordlar

“Nyukasl” İngiltərə Liqa Kubokunun 1/8 finalında “Mançester Yunayted”i üç cavabsız qolla məğlub edib.
Millinews.az xəbər verir ki, bununla “ağ-qaralar” 93 illik həsrətə son qoyub. “Sağsağanlar” məhz 1930-cu ildən sonra ilk dəfə “qırmızı şeytanlar”ı böyük hesabla (3 və ya daha çox top fərqiylə) məğlub ediblər. “Nyukasl” “Yunayted”i sonuncu dəfə belə 3 top fərqi ilə məhz həmin il üstələyə bilib – 7:4.
Mançester təmsilçisi 61 il sonra uğursuz startla üzləşib. Komanda 2023/204 mövsümündə keçirdiyi 15 rəsmi oyundan 8-də məğlub olub. Sonuncu dəfə belə bərbad start 1962/63 sezonunda qeydə alınıb.
Qeyd edək ki, “Nyukasl” 1/4 finalda “Çelsi”ylə qarşılaşacaq.
Heybət