Xəbərlər

“Olimpiakos” – “Qəbələ” oyununun hakimləri açıqlandı


“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.

Millinews.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcəklər.

Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis adına stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu