Xəbərlər

Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI


Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir.

Millinews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hadisə oktyabrın 28-də Sumqayıt şəhəri Corat bağları yaşayış massivində qeydə alınıb. Odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu