Xəbərlər

“Bəxt “Sabah” tərəfdə idi” – Adrian Mutu

adrian mutu

Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırdı.

Millinews.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Ağır və gözəl oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün bəxt rəqib tərəfdə idi.

– Start heyəti təəccüblü oldu. Sayef, Emin və Lebonun yoxluğunda planınız və taktikanız nə idi?

– İlk hissədə oyunçular verdiyim tapşırıqlarım öhdəsindən gəldi – rəqibi öz meydançasında sıxdı. Qol epizodları yaratmağa çalışırdıq. Bundan əvvəlki “Sabah”la matça baxsaq, bu gün daha yaxşı oynadıq.

– İki fərqli hissə oldu. Fasilədən sonra komanda pis çıxış etdi…

– Meydandakı fərdi səhvlər komandanı arxaya çəkilməyə məcbur edirdi. İkinci hissədə hər iki komanda mübarizə aparır, qələbə qazanmaq istəyirdi. Sona qədər üç xal hədəfimiz var idi. Heç-heçə ilə razılaşmırdıq. Komanda geriyə də çəkilmirdi, bundan xoşum gəldi. Bu, futboldur. Son saniyələrdə rəqib qol vurub, qələbə qazandı. Bəxt “Sabah” tərəfdə idi.

– 11 oyunda fərqli heyət meydana buraxmısız. Bəlkə, uğursuzluğa səbəb budur?

-Xeyr. Əlimdə 20 futbolçu var. Düşünürəm ki, bu, məndən asılı deyil. Həftəboyu start heyəti müəyyənləşdirməyə çalışıram. Baxın, “Yuventus”un, “Fiorentina”nın baş məşqçisi nə qədər fərqli heyət buraxır. Əlimdə şans var ki, daha yaxşı olan heyəti meydana çıxarım. Yaxşı məşq edən oyunçunu meydana buraxmaq lazımdır, onların haqqını yemək olmaz.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu