MM-də mühüm müzakirə: Qərbin ikiüzlü mövqeyi…
Azərbaycan əleyhinə olan qərar və qətnamələrin qəbul edilməsi o deməkdir ki, Prezident o dövlətlər, təşkilatlar üzərində də qələbə qazanıb.
Millinews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.
O qeyd edib ki, bu gün Azərbaycana qarşı qərəzli qətnamə qəbul edənlər azərbaycanlılar qaçqın və məcburi köçkünə çevriləndə xalqımıza bir sent belə yardım etməlidir: “Amma biz bunlara qarşı millət olaraq daha fəal olmalıyıq. Azərbaycanın yolu açıqdır. Yeni üfüqlər bizi gözləyir”.
Deputat Azər Badamov isə qeyd edib ki, Avropa İttifaqı bu gün Ermənistanla münasibətdə tamam fərqli mövqe tutub:
“Ermənistanın I Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı etmiş olduğu soyqırımı və etnik təmizləmə siyasətini nədənsə Avropa Birliyi görmür və görmək istəmir. Amma bunun əvəzinə guya ermənilərin II Qarabağ müharibəsində itkin düşdüyünü iddia edən Avropa İttifaqı ikiüzlü siyasətini açıq şəkildə ifadə edir”.