Xəbərlər

HƏMAS-ı məhv etmək tapşırığı 10 faiz TAMAMLANDI

qezza yeni

“İsrail Fələstinin HƏMAS hərəkatını məhv etmək tapşırığını 10 faiz tamamlayıb”.

Millinews.az xəbər verir ki, bunu “İsrail Hayom” qəzetinə adını açıqlamayan yüksək rütbəli İsrail rəsmisi bildirib.

Onun sözlərinə görə, İsrail HƏMAS-ı devirmək məqsədinə çatmaq üçün lazım olan məsafənin təxminən 10 faizini qət edib.

Qəzet həmçinin iddia edir ki, İsrail Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi hərbi münaqişə bitdikdən sonra Fələstinin idarə olunması variantlarını müstəqil şəkildə araşdırır. Onların arasında regiona beynəlxalq nəzarət, İsrail və Misir arasında birgə idarəçilik, eləcə də Qəzzada hakimiyyətin fələstinli siyasətçi Məhəmməd Dahlana verilməsi var.

Qeyd edək ki, oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatın üçüncü mərhələsinin başlandığını elan edib.

“Biz müharibənin ortasındayıq. Biz qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik”, – deyə o bildirib.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu