Xəbərlər

“Türkiyə sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir”

sahibe

“Haqq-ədalət və dürüstlük meyarları üzərində qurulan Türkiyə diplomatiyası ixtilafların yoluna qoyulmasında, dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir”.

Millinews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirib.

Milli Məclisin sədri bildirib ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatı, NATO, “Böyük iyirmilik”, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirib.

“Siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son iyirmi ildə böyük siyasi və dövlət xadimi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb” – S.Qafarova vurğulayıb.

Bu gün Türkiyə Ordusu, hərbi hava və hərbi dəniz qüvvələrinin dünyanın ən güclü silahlı qüvvələri sırasında olduğunu diqqətə çatdıran Milli Məclisin sədri “Türkiyə yüz ili” konsepsiyasının yeni əsrdə Türkiyəyə daha böyük nailiyyətlər qazandıracağından əminliyini ifadə edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu