Xəbərlər

Dünya sizi qoruya bilmədiyi üçün…

Şotlandiyanın regional baş naziri Həmzə Yusif sosial media platforması “X”-dəki paylaşımında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə etdiyi hava hücumuna reaksiya verib.

Millinews.az xəbər verir ki, Qəzzada təcili atəşkəsin vacibliyini vurğulayan baş nazir “Cibaliya Qaçqın Düşərgəsindəki günahsız kişilər, qadınlar və uşaqlar, dünya sizi qoruya bilmədiyi üçün təəssüf edirəm. İnsan həyatına bu açıq-aşkar etinasızlıq birmənalı şəkildə pislənməlidir” ifadələrini işlədib.

O, “Daha çox uşağın ölməsinə icazə verməyin” çağırışını edib.

Qəzza Səhiyyə Nazirliyi İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücum etdiyini açıqlamışdı. Nazirliyin Teleqram hesabından edilən açıqlamada, ilkin təsbitlərə görə, hücumda 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 Blok məhəlləsinin tamamilə dağıdıldığı bildirilmişdi.

iskocya basbakani yusuftan israilin multeci kampi katliamina tepki 1698792469253

Yusif oktyabrın 9-da verdiyi açıqlamada həyat yoldaşının Şotlandiyada yaşayan anası və atasının Qəzzada olduğunu və bölgədə qapalı qaldıqlarını açıqlayıb.

Oktyabrın 13-də paylaşdığı videoda Qəzzada qapalı qalan Yusifin qayınanası Elizabet Əl-Nakla göz yaşlarına hakim ola bilməyib və “İnsanlıq haradadır? Dünyanın harasında insanların ürəyi bu dövrdə buna icazə verir” ifadələrini işlədib.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu