Xəbərlər

ABŞ Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemlərini yerləşdirir


ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin və əlavə “Patriot” zenit-raket komplekslərinin batareyasının yerləşdirilməsinə göstəriş verib.

Millinews.az xəbər verir ki, Pentaqonun mətbuat xidməti bildirib.

L.Ostin qeyd edib, ABŞ prezidenti Co Baydenlə məsləhətləşmələrdən sonra ölkənin Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək qərarı verilib.

“Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə Patriot batalyonlarının yerləşdirilməsinə göstəriş vermişəm”, – deyə L.Ostin qeyd edib. O, həmçinin “hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq” üçün əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verdiyini deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu