Maqazin

Türkiyə mediası bu azərbaycanlı tələbədən yazdı: Rektor şəxsən zəng edib – FOTO

Bakıda yaşayan 17 yaşlı Zəhra Nəsirli Türkiyənin Xarici Tələbə Qəbulu İmtahanından 500 bal toplayıb.

Bununla da o, Ankara Universitetinin Tibb Fakültəsində təhsil almaq hüququ qazanıb. Bildirilir ki, 17 yaşlı Zəhranın istəyi də Ankara Universitetində təhsil almaq olub.

Xəbərdə deyilir ki, uşaqlıqdan həkim olmaq istəyən azərbaycanlı Zəhra Nəsirli apardığı araşdırmalar nəticəsində Türkiyədə universitetdə tibb təhsilinin yaxşı tədris edildiyini müəyyən edib. Bundan sonra o, Türkiyədə universitetə daxil olmaq qərarına gəlib. Bu məqsədə çatmaq üçün 29 yanvar 2023-cü ildə Ali Təhsil Şurası (YÖK) tərəfindən 13 ildən sonra ilk dəfə keçirilən Türkiyə Xarici Tələbə Qəbulu İmtahanında (TR-YÖS) iştirak edən Nəsirli Ədədi Qabiliyyət Testindən 19 min 222 namizəd arasından 40 bal toplayıb. Riyaziyyat testindən də 40 bal toplayan Zəhra Nəsirli ümumilikdə 80 suala düzgün cavab verərək birinci yerə layiq görülüb. İmtahandakı uğuru ilə uşaqlıq arzusuna daha da yaxınlaşan azərbaycanlı istedad, Ankara Universitetinin (AU) Tibb Fakültəsinə müraciət edib.

AU rektoru Prof. Dr. Necdet Ünüvar avqustun 23-də son qeydiyyat üçün ailəsi ilə birlikdə Türkiyəyə gələcək Zəhra Nəsirli ilə onlayn görüşüb. Anadolu Agentliyinə açıqlama verən Zəhra bildirib ki, o, Türkiyədə təhsil almağa qərar verdikdən sonra məktəbdəki dostları ilə 2 il hazırlaşıb. Ardınca o imtaha daxil olaraq tam bal toplaya bildiyini bildirib:

“Ankara mənim üçün tam olaraq tələbə şəhəridir. Bakıya bənzədiyi üçün özümü yad hiss etməyəcəyimi bilirdim. “Orada özümü tək hiss etməməliyəm, vətənimdəki kimi daha rahat olmalıyam” deyə düşündüm. Ankara Universitetinin professorlarının nə qədər mehriban olduqlarını öyrəndim. Tədris sistemi və bir çox məsələlərə görə Ankara Universitetində oxumağa qərar verdim. Əvvəllər arzum Ankara Universitetində oxumaq idi. Universitetə son qeydiyyat üçün sənədlərimi toplayıram. Qeydiyyata ailəmlə birlikdə gələcəm”.

Zəhranın anasından Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür

Zəhra Nəsirlinin anası Fidan Nəsirli iki ölkə arasında qarşılıqlı təhsil imkanının yaradılmasında əməyi olan hər kəsə və başda Qarabağ zəfərini dəstəkləyən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Görüşdə AU rektoru Ünüvar deyib:

“Zəhra həqiqətən çox savadlı uşaqdır. O, 80 sualın hamısına cavab verən çox savadlı qızdır. Bakıda oxuyub, araşdıraraq Ankara Universitetinin Tibb Fakültəsini tapıb. TR-YÖS-dən tam qiymət aldığı və bizi seçdiyi üçün onunla əlaqə saxladıq.YTB Zəhranı təqaüd proqramına qəbul etdi. Zəhra isə Ankara Universiteti Tibb Fakültəsini seçdi”.

Ünüvar ötən il Azərbaycanda keçirilən imtahanda birinci yeri tutan azərbaycanlı Nigar Ağazanın da YTB təqaüdü ilə Ankara Universitetində oxuduğunu bildirib.

Metbuat.az1476677 0

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu