Xəbərlər

“Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm”

Tanınmış jurnalist Türkan Məmmədli ötən gün intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Millinews.az xəbər verir ki, u, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

“Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq hayındasınız. Orxanın ruhunu incitməyin” – T.Məmmədli yazıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu