Xəbərlər

Millinews.az – Sovetin ən məşhur “Əyyaş”ı, Şurikin “Axmağ”ı Yuri Nikulin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yuri Vladimiroviç Nikulin 18 dekabr 1921-ci ildə Rusiyada, Smolensk vilayətinin Demidov şəhərində dünyaya gəlib.

Nikulin bütün həyatı sənətə bağlı olan, çox sevilən aktyor idi. O, gəncliyində belə bir seçim etdi – Qırmızı Orduda xidmət etdikdən sonra əyalət dram teatrında işləməyə başladı. Onun bu seçimində valideynlərinin böyük rolu olub.

Aktyorun anası teatr aktrisası, atası isə teatr sahəsində təşkilatçılıq fəaliyyəti ilə məşğul olub, teatr nömrələri yazıb. Uşaqlıqda Nikulinin bir arzusu var idi – insanları güldürmək, buna görə də sonradan sirk klounu oldu. O, ilk dəfə 5 yaşında ikən sirkə gedib. Orada baş verən hər şey Nikulini o qədər heyrətləndirirdi ki, o, nəyin bahasına olursa-olsun, kloun olmağa qərar verdi. Moskvanın Tsvetnoy bulvarındakı sirkdə 50 il işlədi.

Yuri Nikulin kloun olmaqla yanaşı, aktyor, teleaparıcı və sirk rejissoru idi. Gənc yaşlarından Yuri Vladimiroviç lətifələr kolleksiyası yığır, onları ayrıca qalın dəftərə yazırdı. Çoxunu əzbərləmişdi və bir dəfə hərbi xidmətdə olarkən bunun sayəsində mərcdə on qutu siqaret udmuşdu. 1946-cı ildə, İkinci Dünya müharibəsindən sonra 25 yaşlı Yuri Kinematoqrafiya İnstitutuna daxil olmağa çalışdı, lakin aktyorluq qabiliyyətinin olmadığını deyərək onu imtahanların ikinci mərhələsindən çıxardılar.

Aktyor gəncliyində SSRİ-Finlandiya müharibəsində və mühasirəyə alınan Leninqradın müdafiəsində iştirak edib. O, “İgidliyə görə” nadir və fəxri medal daxil olmaqla üç medal alıb. Yuri Nikulin heç vaxt aktyorluq təhsili almayıb. Lakin bu, onun sovet dövrünün ən istedadlı və tanınan kino aktyorlarından birinə çevrilməsinə mane olmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu