Xəbərlər

Azərbaycan səfiri Kuantırovla görüşdü – FOTO

3662be60 9ad9 3999 8ed9 f59bcfcc7685

Azərbaycanın Astanadakı səfiri Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantırovla görüşüb.

Millinews.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Səfir Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri A.Kuantırovla görüş keçirmişdir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində müsbət dinamikası vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, oktyabrın 27-də Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin mətbuat xidməti tərəflərin iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu