Xəbərlər

Tupakın həbsxana vəsiqəsi bu məbləğə SATILIR

Amerikalı mərhum reper Tupak Şakurun 1995-ci ildəki həbsxana vəsiqəsi 75 min dollara satışa çıxarılıb.

Millinews.az xarici mətbuata istinadən xəbər verir ki, vəsiqə “Moments In Time” təşkilatının saytında reperin 35.000 dollar dəyərində olan fotoşəkili ilə birlikdə nümayiş etdirilir.

Alıcı Tupak tərəfindən doldurulmuş və üzərində “Şəxsiyyətimi itirmişəm, yenisinə ehtiyacım var. Çox sağ ol” yazısı olan əvəzedici kart formasını da əldə edə biləcək.

Qeyd edək ki, reper zorlama ittihamı ilə 9 ay müddətində Klinton İslah Müəssisəsində həbs edilib. O, 1,4 milyon dollar girov qarşılığında sərbəst buraxılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu