58 yaşlı model yenə soyundu
Portuqaliyanın “Vogue” jurnalının son nömrəsinin üz qabığına çəkilən çex əsilli model Paulina Porizkova bu dəfə başqa bir moda jurnalı üçün kamera qarşısına keçib.
Millinews.az xarici mətbuata istinadən xəbər verir ki, supermodel fotosessiyada “Maks Mara”, “Prada”, “Gucci” və digər brendlərin paltarlarında fotoqraf Hana Knizova üst geyimsiz pozalar verib. Onun bu kadrları sosial şəbəkələrdə növbəti dəfə müzakirələrə səbəb olub.
58 yaşlı model və yazıçı fəal şəkildə yaşlanmaya qarşı çıxır və təbii qocalmanı dəstəkləyir. O, insanlara özünü qəbul etməyi öyrəndiyini, nəhayət keçmişdən əl çəkdiyini və özünü pərəstişkarlarına olduğu kimi göstərmək məsuliyyəti hiss etdiyini söyləyib.
“Yaşlanma ilə bağlı inanılmaz məqamlardan biri də odur ki, siz başqalarının nə düşündüyünə getdikcə daha az əhəmiyyət verirsiniz. Özümü niyə dəyişdirməliyəm? Mən indi ən yaxşı yaşdayam. Əgər qırışlarımın məni bundan məhrum etdiyini düşünürsənsə, ancaq təəssüf edə bilərəm”, – Paulina vurğulayıb.