Xəbərlər

Ekspert: “Regional kommunikasiyaların açılması Cənubi Qafqazın inkişafını sürətləndirəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Regional nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazın sosial-iqtisadi inkişafının sürətləndirilməsində böyük rol oynaya bilər”.

Bunu “Report”a açıqlamasında tədqiqatçı, iqtisadçı Uluqbek Kamaletdinov deyib.

“Bu, ilk növbədə, çatdırılma müddətini və daşınma xərclərini azaltmağa imkan verəcək. Bu da məhsulların rəqabət qabiliyyətinin artırılmasına və beynəlxalq ticarətin inkişafına, həmçinin xarici investisiyaların cəlb olunmasına kömək edəcək”, – o bildirib.

Ekspert vurğulayıb ki, tranzitin genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafı yeni iş yerlərinin yaradılmasına səbəb olur və iqtisadi artımı stimullaşdırır:

“Çünki yolların salınması, dəniz limanlarının tikintisi, təmiri üçün xeyli sayda işçi qüvvəsi lazımdır. Bu da işsizliyin azaldılmasına və yerli əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına töhfə verir”.

“Ən əsası, nəqliyyat əlaqələrinin inkişafı Cənubi Qafqaz regionunu investorlar üçün daha cəlbedici edir. Bu isə sənayenin, turizmin və iqtisadiyyatın digər sahələrinin inkişafına yardım edə bilər”, – U.Kamaletdinov əlavə edib.

Özbəkistanlı iqtisadçı bu məsələdə Zəngəzur dəhlizinin rolundan da danışıb:

“Zəngəzur dəhlizinin strateji əhəmiyyəti onun regionda nəqliyyat infrastrukturunun, ticarət və iqtisadiyyatın inkişafı üçün potensialı ilə bağlıdır. Bu, Avropa, Hindistan və Mərkəzi Asiya ölkələri arasında məhsul və xidmətlərin tranziti üçün əlavə imkanlar yaradacaq”.

U.Kamaletdinov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycandan neft, təbii qaz və elektrik enerjisinin nəqli üçün istifadə oluna bilər və bu da enerji marşrutlarının şaxələndirilməsinə və regionun enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək:

“Şübhəsiz ki, bu dəhliz Ermənistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi və onların dinc yanaşı yaşaması üçün körpü ola bilər. Əlbəttə ki, bu layihənin həyata keçirilməsi ilk növbədə, sülh sazişinin imzalanmasından və iki ölkə arasında etimadın yaranmasından asılıdır”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu