Xəbərlər

Kürdəmirdə 48 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda 48 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Famil Ağabala oğlu Eyyubov ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu