Xəbərlər
“HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir”
“HƏMAS-ın hərbi büdcəsinin 90%-i İran tərəfindən təmin edilir”.
Millinews.az “The Times of Israel”ə istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki,
“İran HƏMAS-ı dəstəkləyir. Düşünürəm ki, HƏMAS-ın hərbi büdcəsinin 90%-i İrandan gəlir. O, maliyyələşdirir, təşkil edir, rəhbərlik edir”, – baş nazir qeyd edib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başlandığını bəyan etmişdi. O bildirib ki, əməliyyatın məqsədi HƏMAS-ın infrastrukturunu məhv etmək və girovları azad etməkdir.
Hüseyn İbadlı