Xəbərlər
Futbolçunu öpən prezidentə bu cəza verildi
FİFA qadınlararası dünya çempionatı zamanı futbolçusu Cennifer Ermosonu öpən İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales barədə qərar verib.
Millinews.az xəbər verir ki, planetin əsas futbol qurumu funksioneri üç il futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb. Bu barədə İntizam Komitəsi qərar qəbul edib.
Rubiales FİFA-nın İntizam Məcəlləsinin 13-cü maddəsini pozduğu üçün cəzalandırılıb.
Luis Rubiales avqustun 20-də qadınlar arasında dünya çempionatının finalı zamanı baş vermiş hadisəyə görə ilkin olaraq 90 gün diskvalifikasiya edilmişdi.
Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Heybət