Ölümündən bir gün sonra qatil tanışını çağıraraq cəsədi… – Qrup yoldaşı ilə əlaqəsi yoxdu – Təfərrüatlar
2 aydır itkin düşən 4-cü kurs tələbəsi Könül Ağayevanın qətlində şübhəli bilinərək saxlanılan şəxs onun qrup yoldaşı deyil.
Bu barədə MilliTv.NET-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialından bildirilib. Qeyd edilib ki, saxlanılan Elvin İsmayılzadə ümumiyyətlə universitetin tələbəsi deyil.
Xatırladaq ki, ötən gün müxtəlif mənbələrdə Könül Ağayevanın qrup yoldaşı tərəfindən öldürülməsinə dair iddialar yayılmışdı.
Qeyd edək ki, Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.