Xəbərlər

Numan Kurtulmuş Sahibə Qafarova ilə görüşdü

sahibe kurtulmus

Türkiyə Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Millinews.az-a verilən xəbərə görə, Sahibə Qafarova Numan Kurtulmuşla görüşdə bu gün bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı reallıqdan uzaq məlumatların yayılmasını, qərəzli, birtərəfli münasibət göstərilməsini tənqid edib.

Spiker qeyd edib ki, Ermənistanın Qərbdəki havadarları Ermənistanın bu yalan iddiaları əsasında Azərbaycana qarşı ittihamlar irəli sürürlər. Onun sözlərinə görə, bir sıra beynəlxalq parlament təşkilatlarının, xarici ölkə parlamentlərinin qəbul etdikləri anti-Azərbaycan qətnamələrində bu dairələrin izləri açıq-aşkar görünür. Halbuki, onlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməyiblər.

Milli Məclisin sədri bu cür bədnam kampaniyalara qarşı birgə addımların atılmasını, həmçinin, beynəlxalq parlament təşkilatlarının sessiyaları öncəsində heyətlərimiz arasında müntəzəm görüşlərin, məsləhətləşmələrin daha da gücləndirilməsini, eyni zamanda dost ölkələrin heyətləri ilə də təmasların artırılmasını zəruri hesab edib.

Spiker Sahibə Qafarova parlamentlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında əlaqələndirmənin və qarşılıqlı dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb.

Türkiyənin hər platformada Azərbaycanın yanında olduğunu söyləyən Numan Kurtulmuş artıq keçmişdə qalmış Ermənistanla Azərbaycan arasında münaqişənin ölkəmizin iradəsi və gücü sayəsində həll olunduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü və ədaləti təmin etdiyini söyləyib.

O, ATƏT-in Minsk qrupunun uzun illər fəaliyyətsizliyini və problemin həlli üçün heç bir iş görmədiyini xatırladıb. Hazırda Azərbaycanın haqlı mübarizəsini əngəlləməyə çalışan dövlətlərin və bəzi lobbi dairələrinin olduğunu söyləyən TBMM sədri Azərbaycanın diplomatiya sahəsində də qələbə qazanacağına inamını ifadə edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu