Xəbərlər
FHN zəlzələ ilə bağlı məlumat yaydı
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.
FHN-in Mətbuat xidmətindən Millinews.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.