Xəbərlər
Türkiyədə zəlzələ oldu
Türkiyənin Kahramanmaraş rayonunda 4,2 maqnitudalı zəlzələ olub.
Millinews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Kahramanmaraşın Göksun rayonunda qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 7 kilometr olub.