Xəbərlər

İdmançımız peşəkar döyüşdə qələbə qazandı

4c56a78e 8fb6 3f23 8213 c0aa22cb6738 850

Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Millinews.az-a verilən məlumata görə, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların “Kombat K-1 kuboku” uğrunda mübarizəsi baş tutub.

Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində 2 gümüş, 1 bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, 6 dəfə Azərbaycan çempionu olub.

O,16 peşəkar döyüş keçirib və bunlardan 15-də qələbəsi, 1-də isə bərabərlik qeydə alınıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu