Almaniyadan Avropaya müraciət: Müharibəyə hazırlaşın
Almaniyanın müdafiə naziri Boris Pistorus Avropanı mümkün müharibəyə hazırlaşmağa çağırıb.
Millinews.az xəbər verir ki, o, ZDF-yə müsahibəsində müharibə təhlükəsi fikrinə alışmağın zəruriliyindən danışıb.
Almaniyanın müdafiə departamentinin rəhbəri həmçinin almanları “zehniyyətlərini dəyişdirməyə” və daha çox müdafiə olunmağa çağırıb.
“Biz bir daha Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Bu isə o deməkdir ki, biz müharibəyə hazır olmalıyıq, əzmkar olmalıyıq”, – deyə nazir bildirib.
Bundan əvvəl o, Almaniyanın Ukrayna ilə bağlı Rusiya ilə danışıqlar aparmağa hazırlaşmayacağını bildirmişdi. Onun sözlərinə görə, Berlin “müharibənin uzun müddət davam edəcəyinə” hazırlaşır. O qeyd edib ki, 2024-cü ildə keçiriləcək seçkilərdən sonra Amerika hökuməti dəyişsə belə, Qərb müttəfiqlərinin Kiyevi dəstəkləmək niyyəti dəyişməz qalacaq.
Tural