Xəbərlər

Qəzzada xəstəxana yerdən partladılıb – ABŞ

d5e1237a e860 3dac 8355 df6231af2d5c 850

ABŞ kəşfiyyatının topladığı məlumatlar arasında bunun hava hücumu deyil, yerüstü partlayış olduğunu göstərən proqnoz var.

Millinews.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat dərc edib.

Məlumatda qeyd olunur ki, ABŞ Qəzza zolağında xəstəxanaya hücumun havadan həyata keçirilmədiyini düşünür.

“Yer səviyyəsində başlayan partlayışla uyğun gələn geniş yanğın və dağılmış dağıntılar olub”, – mənbələr qeyd edib.

Eyni zamanda, mənbələrdən biri bildirib ki, ərazidə aviabomba istifadəsini göstərən heç bir krater olmayıb.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Co Bayden bildirib ki, Qəzza zolağında Əl-Əhli xəstəxanasına endirilən zərbə ilə bağlı Pentaqonun verdiyi məlumatlar İsrailin insidentdə iştirak etmədiyini göstərir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu