Xəbərlər

Bədənimi tərk etdim, işığı gördüm və…

Real həyatda ölümə çox yaxınlaşanlar yaşadıqlarından danışıblar. Həyatımızın nə vaxt bitəcəyi və ya ölüm anında nələrin baş verə biləcəyi kimi suallar bəşər tarixinin sirli suallarındandır.

Millinews.az xəbər verir ki, BBC həmin məqama ən yaxın gələnlərin hekayələri vasitəsilə sirri bir az da açmağa çalışıb.

Devid Diçfildin həyatını dəyişən qəza baş verəndə 46 yaşında idi. Həmçinin o içki aludəçisi idi. Ümumiyyətlə, həyatı yaxşı getmirdi. 2006-cı ildə dostunu yola salmaq üçün vağzala gedən Devidin başına gəlməyən qalmadı. O, dostu ilə vidalaşarkən paltosu qatarın qapılarına ilişdi. Qatarın hərəkəti ilə platformada sürüklənən Devid relslərin üzərinə yıxılıb, orada qaldı.

Devid bildirir ki, bədənində heç nə hiss etməyib:

“Bədənimdə olan ağrıları hiss etmirdim və sakit bir yerdə idim. O an başımı qaldıranda simmetrik ağ işığın dalğalarının yavaş-yavaş mənə yaxınlaşdığını gördüm. Çox parlaq və sıx olmaqla yanaşı, həm də saf idilər. Yayılan işığın yavaş-yavaş bədənimə yayıldığını və məni sağaltdığını hiss edirdim. Daha sonra hiss etdim ki, bədənimdəki bütün yaralar sağalır, ağrılarım qat-qat soyuyub, ruhumun özəyinə gedir. İlk dəfə özümü tam hiss etdim və anladım ki, bütün həyatım boyu aktyorluq etmişəm”.

9bbb4d18 c3e5 4dd8 a8e8 14e2c63f64f6

Devid deyir ki, ən gərgin hissə sonda olanlar idi. O ulduzlar və qalaktikalar arasında üzmək, sonsuzluğa baxmaq hissini və işıq tunelinin görünüşünü belə təsvir edir:

“Bədənimin hər bir molekulunun bu nəhəng ağ işıq tunelindən çıxan sevgi enerjisi ilə titrədiyini hiss edirdim. Tunel şəklində olan bu nəhəng ağ işıq Tanrı idi”.

Devid əlavə edib ki, bu gün də kainatın enerjisi ilə bir olmağa davam edir və bundan məmnunluq hissi keçirir. Qəzadan sonra o, ağır yaralanan qolunu bərpa edib və bu gün ölümdən qorxmur. Heç bir təhsili və təcrübəsi olmamasına baxmayaraq o, klassik simfoniyalar bəstələyib.

Lids Beckett Universitetinin müəllimi Dr. Steve Taylor qeyd edib ki, ölümə yaxınlaşan zaman hisslər inanılmaz və güclü olur:

“Buna görə də reallıq haqqında təsəvvürünüz dəyişir. Bu çox vaxt həyata dünyəvi baxışı olan insanlarda olur. Bəzi məşhur elmi nəzəriyyələr belə təcrübələrin insanın ölümə yaxınlaşdığı zaman beyində oksigen çatışmazlığından qaynaqlandığını göstərir. Bu sahədə araşdırmalar nəticəsizdir və onlar üçün tutarlı elmi izahat tapılmamışdır”.

6c4414c7 d810 48ce abaa 3e465ed0eb80

Gigi Strehler də ölümə çox yaxın olduğunu və başına gələnləri danışıb:

“2014-cü ildə xəstəxanada idim. Ölümə o qədər yaxın idim ki, bir müdaxilə ölümdən geri qayıtdım. Özümü işıq tuneli deyilən şeydən daha çox boşluqda gördüm. Heç yerdə idim. O anda Gigi deyildim, amma orada idim. Nə baş verdiyindən xəbərdar idim”.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu