Xəbərlər

Moskva Avropaya çağırış etdi: ABŞ-dan qurtulsanız, biz hazırıq

Rusiya Qərblə Avrasiya təhlükəsizliyi ilə bağlı danışmağa hazırdır, lakin indi əksər ölkələrlə bu məsələ haqda ünsiyyət üçün heç bir perspektiv yoxdur.

Millinews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov “Avrasiya təhlükəsizliyi: transformasiya olunan dünyada reallıq və perspektivlər” adlı yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Avrasiya qitəsindəki Qərb qonşularımızın bu perspektivə münasibətinə gəlincə, onlar tamamilə, praktiki olaraq böyük əksəriyyəti Vaşinqtona tabe olduqları halda, bu gün biz bu söhbətdə perspektiv görmürük. Amma prinsipcə, mən bunu bir aha vurğulamaq istəyirəm, qitədəki qərb qonşularımız müstəqil olmaq üçün güc tapsalar, biz həmişə birgə işləməyə hazırıq”, – Lavrov deyib.

O, həmçinin qeyd edib ki, ölkələr Avrasiya təhlükəsizlik sistemi qurmaq üçün “titanik iş” görməlidirlər.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu