Belə uzanıb telefona baxmayın, yoxsa…
Əgər yan üstə uzanaraq və ya qarın üstə uzanaraq oxumağa öyrəşmisinizsə, o zaman bu vərdişdən əl çəkməlisiniz, çünki bu, gözlər üçün narahatlıq yaradır və görmə qabiliyyətinə zərər verir.
Millinews.az xəbər verir ki, bu barədə “Sputnik” radiosu ilə söhbətində oftalmoloq İrina Leşçenko danışıb.
“Heç bir halda qarın üstə və ya böyrü üstə uzanaraq oxumaq olmaz. Bu, fizioloji cəhətdən düzgün deyil, göz üçün çox rahat deyil və belə mövqelərdə oxumamağa çalışın”, – mütəxəssis bildirib.
Onun sözlərinə görə, bəzi yeniyetmələr başlarını yorğanla örtüb qadjetlərinin ekranlarına baxırlar. Bu vəziyyətdə, gözlər daha çox gərginlik yaşayır, çünki planşetlər və ya smartfonlar daha çox mavi işıq yayır. Bu, görmə yorğunluğuna səbəb olur. Bir müddət sonra isə görmə qabiliyyətinin hədsiz pisləşməsinə gətirib çıxara bilər.
Həkim onu da izah edib ki, yataqda oxumaq istəyirsinizsə, bunu kürəyinizi divara və ya yastığa söykəyərək edin. Bu vəziyyətdə baş yüksəyə qalxmalı, işıq yuxarıdan düşməlidir.
“Kitab və ya planşet burnunuzun önündə deyil, təxminən 40 santimetr məsafədə saxlanılmalıdır. Bu vəziyyətdə oxumağa icazə verilir”, – Leşçenko vurğulayıb.
Aytən Məftun