Rusiya nüvə sınaqlarına başlaya bilər
Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını rəsmən geri götürüb.
Millinews.az xəbər verir ki, müvafiq sərəncamı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıb.
Vladimir Putinin imzaladığı fərmanın mətnində deyilir: “”CTBT-nin ratifikasiyası haqqında” 27 may 2000-ci il tarixli Federal Qanunun 1-ci maddəsi ləğv edilsin”.
Valday klubunun plenar iclasında Putin bəyan edib ki, Rusiya CTBT-nin ratifikasiyasını geri götürməyi nəzərdən keçirə bilər. Bundan sonra qanunvericilik prosesinə start verilib.
Əvvəllər bu sənədin nüvə sınaqlarını qadağan edən əsas beynəlxalq hüquqi sənədə çevriləcəyi güman edilirdi. Bununla belə, CTBT heç vaxt qüvvəyə minməyib. ABŞ da daxil olmaqla 8 ölkə onu ratifikasiya etməyib.
Hüseyn İbadlı