Xəbərlər
biri mal dərmanı ilə, o biri isə…
Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.
Millinews.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.
Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü Tağızadə M.V. oğlu səhvən mal dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü Hüseynov İ.R. oğlu isə səhvən Naftalan yağı içərək zəhərlənib.
Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.