Xəbərlər

6.6 bal gücündə zəlzələ Kamçatkanı SİLKƏLƏDİ

zelzele deprem

Kamçatkanın Komandor adalarının yaxınlığında 6,6 maqnitudalı zəlzələ olub.

Millinews.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geoloji Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Verilənlərə əsasən, zəlzələ 47 km dərinlikdə olub. Seysmohadisənin maqnitudası 6,6-ya bərabər olub. Bildirilib ki, yeraltı təkanların episentri Nikolskoye kəndindən 117 km aralı yerləşib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, Aleutski bələdiyyə rayonunun ərazisində təkanlar 4 bal gücədək hiss olunub.

Tələfat və dağıntının olmadığı diqqətə çatdırılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu