Xəbərlər

“Artsax”ın adı belə Ermənistanı məhv edəcək

verdyan

“Artsax”ın itirilmədiyi, onun bərpa oluna biləcəyi və hər şeyin hələ qabaqda olduğu fikri Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür pozmağa çalışan bir qrup insana məxsusdur. Daşnaksütyan Partiyası öz liderlərinin dili ilə yüksək səslə bəyan etdi ki, Ermənistan hər vəchlə “mühacirət”də olan qondarma “artsax hökumətini” aktiv saxlamalı və onu dəstəkləməlidir.

Millinews.az xəbər verir ki, bu sözləri Axar.az-a erməni bloger İşxan Verdyan qondarma “dqr”in özünü buraxmaması ilə bağlı Ermənistanda yaranan fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə bir kurs heç bir halda real vəziyyətlə bağlı deyil:

“Bu, daha çox daşnakların “Dənizdən-dənizə Ermənistan” nağılına bənzər bir məfhumdur. Gülünc bir mif olan bu məsələ eyni zamanda erməni cəmiyyətində faşist əhval-ruhiyyəsini qoruyub saxlamaq üçün ideal şəkildə işləyir. Türklərlə qiyamətə qədər barışmaz ədavət daşnakların yeganə gündəmidir. Bu gündəmə “artsaxın qayıdışı” hekayəsi əlavə edilib. Samvel Şahramanyan isə sistemin bir hissəsi və təcrübəli daşnak fiquru olaraq, sadəcə, bunun həyata keçirilməsində iştirak edir”.

Onun sözlərinə görə, belə bir fikrin gündəmə gətirilməsi Ermənistan üçün yaxşı bir şey vəd etmir:

“Bu ideyanın Ermənistan dövlətçiliyi üçün dağıdıcı olduğunu söyləmək yersiz olmazdı. Bu, Azərbaycana Ermənistanla münasibətlərin normallaşması prosesindən çıxmaq üçün leqitim səbəb ola bilər. Nəticədə isə Ermənistan regiona tam inteqrasiya olmaqdan məhrum olaraq, Rusiyadan asılı vəziyyətdə qalacaq. Bu səbəbdən Ermənistan hökumətinin “artsax” sözü ilə bağlı nə varsa, hamısını iqnor etməyi çox vacibdir. Əgər Ermənistan hökuməti “artsax” adı altında olan hər hansı bir qurumla rəsmi əlaqə saxlasa, nəticə onun üçün acınacaqlı olacaq”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu