Dondurmaçı prezident olmaq istəyir: Demokrat yalnız Bayden deyil
Konqresmen Fillips ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.
Millinews.az xəbər verir ki, Nümayəndələr Palatasının (ABŞ) üzvü Din Fillips ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir. Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Məlumata görə, Minnesota demokratı konqresdəki həmkarlarına 2024-cü il seçkilərində hazırkı prezident Co Baydenə rəqib olmaq istədiyini söyləyib. Onun seçkilərdə iştirak imkanını ciddi şəkildə düşündüyü qeyd edilib.
Daha əvvəllər Din Fillips vurğulayıb ki, Co Bayden yeganə demokrat namizəd hesab edilməməlidir və ölkə alternativlər axtarmalıdır.
Nəşrin yazdığına görə, Fillips seçki kampaniyasını müstəqil şəkildə maliyyələşdirə bilər. O, milyarder və “Talenti Gelato” dondurma şirkətinin yaradıcılarından biridir.
Mehti Kamiloğlu