Xəbərlər

Kadırov Çeçenistanda yeni batalyon yaratdı

kadirov ramzan

“Çeçenistan Qafqazın birinci imamı Şeyx Mənsurun adını daşıyacaq yeni batalyonun formalaşdırılmasını başa çatdırır”.

Millinews.az xəbər verir ki, bunu ölkə rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, o, bölük komandiri Ruslan Geremeyevlə birlikdə Qudermes şəhərində batalyon şəxsi heyətinin yerləşdirilməsi üçün hərbi obyektin tikintisinə və yenidənqurma işləri aparılan tikinti sahəsinə baş çəkib. O, qeyd edib ki, işlər son mərhələdədir.

“Mümkün olan qısa müddətdə mütəxəssislər dörd kazarmada genişmiqyaslı yenidənqurma işləri aparıb, daha ikisini tikiblər. Bütün mühəndis kommunikasiyaları dəyişdirilib, lazımi mebellər gətirilib”, – Kadırov yazıb.

O, həmçinin bildirib ki, hərbçilər üçün parad meydançası təchiz edilib. Bundan əlavə, 100 yerlik yeməkxana, avtomobil dayanacağı, namaz otağı və s. tikilib.

O əlavə edib ki, bu, döyüş hissələri formalaşdırarkən əsas vəzifədir.

Hüseyn İbadlı⠀

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu