Xəbərlər

İsrail ordusu Livandan İsrailə raket atanlara zərbələr endiri

raket israil

İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisindən raket hücumunun qarşısını aldığını bildirib.

Millinews.az xəbər verir ki, bu barədə IDF-nin “Telegram” kanalı məlumat yayıb.

“Terrorçu qrup Livandan Avivim bölgəsində İsrail ərazisinə tank əleyhinə raketlər atmağa cəhd edib. İDF döyüşçüləri terrorçuların hücrəsini vurublar”, – deyə İsrail Müdafiə Nazirliyi bildirib.

Bundan əvvəl İDF Qəzzanın şimalında HƏMAS hədəflərinə zərbələr endirdiyini və atışmaların baş verdiyini bildirmişdi .

Oktyabrın 7-də Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət pisləşib. İki yüzdən çox girov və əsir götürülüb.

Həmin gün HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa Tufanı” əməliyyatının başladığını elan etdi. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu