Xəbərlər

Fələstinlə bağlı paylaşımına görə klubdan qovuldu


Yaxın Şərq münaqişəsi ilə bağlı mübahisəli paylaşımdan sonra Bundesliqa komandası “Maynts” Ənvər Əl Qazi ilə müqaviləni ləğv edib.

Millinews.az xəbər verir ki, bu barədə klub açıqlama verib Bildirilib ki, “Maynts” mövsümün əvvəlində transfer etdiyi Ənvər Əl Qazinin Fələstin-İsrail müharibəsi ilə bağlı yazdığı yazıya görə müqaviləsinə xitam verib. Açıqlamada deyilir ki, klub 28 yaşlı futbolçunun sosial şəbəkədəki paylaşımına reaksiya olaraq belə qərar verib.

Açıqlamada klubun iki ölkə arasındakı qarşıdurma ilə bağlı tərəfsiz mövqedə olduğu ifadə edilərək, “Bu yazıda Əl Qazi Yaxın Şərqdəki münaqişələrlə bağlı klub üçün qəbuledilməz mövqe tutdu. Sərbəst buraxılmazdan əvvəl idarə heyəti ilə futbolçu arasında ətraflı müzakirə aparılıb” deyə bildirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu