Xəbərlər

İngiltərə elan etdi: Qəzzada atəşkəs istəmirik

azedu.az london 293

Britaniya hazırda Qəzzada atəşkəs istəmədiklərini bəyan edib. Həmçinin bunun yalnız HƏMAS-a xidmət edəcəyini diqqətə çatdırıb. Digər tərəfdən, İngiltərə Baş Nazirliyindən verilən açıqlamada İsrailin beynəlxalq hüququ pozmadığı bildirilib.

Millinews.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirliyin sözçüsü Londonda xarici jurnalistlər üçün keçirdiyi brifinqində sualları cavablandırıb.

Sözçü Britaniyanın İsrailə dəstəyini təkrarlayaraq, Qəzzada atəşkəs elan edilib-edilməyəcəyi ilə bağlı sualları cavablandırıb:

“İsrail özünü müdafiə etmək hüququna qadirdir. Bu məsələdə mövqeyimiz dəyişmir, lakin biz bəri başdan deyirik ki, Britaniya vətəndaşları Qəzzanı tərk etməli, məhbuslar azad edilməli və humanitar yardımların göndərilməsinə icazə verilməlidir. Atəşkəs hazırda yalnız HƏMAS-a xidmət edəcək. Hazırda bizim və ABŞ-ın fikrincə, tam atəşkəs HƏMAS-a kömək edəcək. Bu, dəstəklədiyimiz bir şey deyil”.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu