Xəbərlər

301 sərnişin, 16 ekipaj üzvü…

f61e75d6 dd7c 32db 81f8 18f656ff7b05 850

Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Millinews.az xəbər verir ki, buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.

“Boeing 777” yerli vaxtla saat 15:58-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin və 16 ekipaj üzvü olub.

Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu