Xəbərlər
Sosial şəbəkələrdə yeni dələduzluq: 50 qəpiklərin sirri nədədir?
Üzərində Azərbaycan gerbi olan qəpiklər nominalından baha qiymətə satışa çıxarılır.
Bəs bu dəmir sikkələrin şişirdilmiş qiymətə qara bazara çıxarılmasına səbəb nədir? Sözügedən nominal pul vahidi digər qəpiklərdən nə ilə fərqlənir?
Məsələ ilə bağlı özlərini “qəpik satıcıları” kimi tanınan şəxslər bildiriblər ki, guya həmin qəpiklər ölkədə məhdud saydadır. Bu səbəbdən baha qiymətə satılır.
İqtisadçı Fuad İbrahimov isə bu üsulun cəfəngiyyat, fırıldaqçılığın bir növü olduğunu bildirib:
“İstənilən valyutanın və yaxud nominal pul vahidinin üzərində olan dəyəri var. Bununla da iş bitir. Bir qəpik bir qəpikdir, iki qəpik də iki qəpik. Bu, boş şeydir, cəfəngiyyatdır”.
Ətraflı “Baku” TV-nin süjetində: