Xəbərlər

İsrail Türkiyədəki diplomatları GERİ ÇAĞIRDI

İsrailin xarici işlər naziri Eli Koen respublika prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarından sonra “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” ölkənin diplomatik nümayəndələrini Türkiyədən geri çağırıb.

Millinews.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Türkiyənin sərt bəyanatları fonunda mən İsrailin Türkiyədəki diplomatik nümayəndələrinə İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün geri qayıtmalarını əmr etdim”, – o yazıb.

Bundan əvvəl Ərdoğan Fələstinə dəstək üçün keçirilən mitinqində Türkiyənin İsraili hərbi cinayətkar elan edəcəyini və bununla bağlı artıq işlərin aparıldığını demişdi. O, həmçinin İsraili işğalçı adlandırıb.

erdogan felestin

Türkiyə lideri dəfələrlə İsraili Yaxın Şərq münaqişəsi zamanı hərəkətləri ilə bağlı tənqid edib. Xüsusilə o qeyd edib ki, Qəzzanın davamlı bombalanması yenə qadın, uşaq və günahsız yerli sakinləri hədəf alıb:

“Bu, humanitar böhranı dərinləşdirir. Buna görə də İsrail hücumları dayandırmalıdır”.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu