Xəbərlər

“Sumqayıt” “Qəbələ”ni, “Neftçi” “Sabah”ı qəbul edəcək

premyer

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Millinews.az xəbər verir ki, ilk olaraq “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

“Kapital Bank Arena”dakı qarşılaşma saat 16:00-da başlanacaq. “Gənclik şəhəri” təmsilçisi 14 xalla 7-ci, “qırmızı-qaralar” 7 xalla 9-cu pillədə qərarlaşıb.

Turun mərkəzi görüşündə isə “Neftçi” və “Sabah” komandaları üz-üzə gələcək. “Neftçi Arena”dakı matç saat 18:30-da start götürəcək. “Ağ-qaralar” 15 xalla 5-ci, “Sabah” isə 10 xalla 8-ci sıradadır.

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Kapital Bank Arena”

18:30. “Neftçi” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”

Qeyd edək ki, XI tura sabah reallaşacaq “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu