Xəbərlər

Türkiyənin ANKA PUA-larının Qazaxıstanda istehsalına 2024-cü ildə başlanılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ANKA pilotsuz uçuş aparatlarının Qazaxıstanda istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.

Bu barədə PUA proqramının inkişaf meneceri Erol Oğuz “Digital Bridge” forumu zamanı mediaya məlumat verib.

Onun sözlərinə görə, hazırda investisiyanın həcmi ilə bağlı məsələyə baxılır. Oğuz vurğulayıb ki, onların məqsədi təkcə Qazaxıstanda pilotsuz uçuş aparatlarının istehsalının yaradılması deyil, həm də biliklərin ötürülməsidir.

“Bu, iki ölkənin iştirakını tələb edən mühüm məsələ olduğundan, dəqiq tarixlər hələ müəyyən edilməyib. Çoxlu hazırlıq işləri lazımdır. Amma ümumilikdə 2024-cü ildə Qazaxıstan Respublikasında pilotsuz uçuş aparatlarının istehsalına başlanılması planlaşdırılır. Biz qarşımıza təkcə istehsal açmaq deyil, gələcəkdə Qazaxıstanın müstəqil şəkildə pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün təcrübə və texnologiya ötürməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə Oğuz yekunlaşdırıb.

Xatırladaq ki, artıq bir neçə ildir Qazaxıstanda Türkiyənin ANKA PUA-larının istehsalının təşkil ediləcəyi barədə danışılır. 2022-ci il mayın 10-da Ankarada “Kazakhstan Engineering” və “Turkish Aerospace” şirkəti arasında hərbi-texniki hökumət haqqında memorandum imzalanıb. Bu sənədə əsasən, Qazaxıstanda pilotsuz uçuş aparatlarının yığılması və texniki xidmət xətti təşkil olunacaq.

Mənbə: inbusiness.kz

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu